Bakı-Sumqayıt yolunda velosipedçini maşın vurub öldürdü

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, hadisə yolun Sumqayıtdan keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı mikroavtobus velosiped sürən Abşeron rayonu Saray qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Əflatun Ərəstun oğlu Tahirovu vurub. Qəza nəticəsində 28 yaşlı gənc mikroavtobusun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv