Bakı-Tbilisi təyyarəsi bu səbəbdən geri qayıtdı

Bakıdan Tbilisiyə uçan təyyarə əlverişsiz havaya görə geri qayıdıb.

 

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

Bu barədə APA-ya “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

 

Qeyd olunub ki, təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib. Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.

 

Müəllif | Apa.Tv
Apa.tv