Bakıda 14 yaşlı qız YOXA ÇIXDI: Anası axtarır
Bakıda yeniyetmə qız itkin düşüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan 14 yaşlı Əliyeva Aydan Elçin qızı mayın 24-ü saat 14 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Aydan Əliyevanın tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.