Bakıda 15 nəfərin telefonunu oğurladı, tutuldu

Bakıda telefon oğrusu saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonları oğurlanıb. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv