Bakıda 15 yaşlı qız YOXA ÇIXDI: Hər kəs onu axtarır
Bakıda yeniyetmə qız itkin düşüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Kərimova Fatimə Dəyanət qızı iyunun 3-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Yeniyetmə qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.