Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

 

APA TV xəbər verir ki, Sabunçu rayonu Məhəmmədi qəsəbəsi Göyqurşağı yaşayış kompleksində yaşayan 2006-cı il təvəllüdlü R. Əlizadə iyunun 14-də yaşadığı evdən çıxıb və itkin düşüb.

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv