Bakıda 17 yaşlı oğlan YOXA ÇIXDI: anası axtarır..

Bakıda yeniyetmə oğlan itkin düşüb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, Nizami rayonu Naxçıvanski küçəsində yaşayan 17 yaşlı Zeynalov Zakir İlqar oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.

 

Bu barədə onun anası Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciətində bildirib.

 

Hazırda həmin bölmədə araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv