Bakıda 179 yaşlı binada uçqun oldu

Bakıda 2 mərtəbəli binada yerləşən mənzillərdən birinin otağı uçub.

 

APA TV-nin xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində - Rəşid Behbudov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində qeydə alınıb.

 

İyirmiyə yaxın ailənin yaşadığı köhnə binada baş verən uçqun nəticəsində xəsarət alan olmayıb. Sakinlərin sözlərinə görə, binanın uçan hissəsində yaşayış olmayıb. Lakin digər mənzillər təhlükə altındadır:Dünən axşam saat 6-nın yarısı olardı, bir də gördük ki, səs gəldi. Elə bil nə isə partladı. Qaçıb balkona baxdıq ki, bu köhnə ev uçub”.

 

Bina sakini deyir ki, 10 gün bundan əvvəl həmin mənzilin eyvanı da uçub: Gəldilər həmin balkonu sökdülər, amma qapı burada qaldı. Ondan sonra bu ev uçub getdi. Dünəndə etibarən qazımız kəsilib. Ev də buz kimi. Evdə də balaca uşaqlar var”.

 

Qazın kəsilməsinin səbəbi isə aşan hissənin qaz xəttinin üzərinə düşməsidir. Buna görə də hazırda ərazidə qazın verilməsində fasilə yaranıb:Dünən 24 noyabr saat 6-nın yarısında gurultu qopdu. Çölə çıxıb gördük ki, qonşunun mənzili tamamilə Rəşid Behbudov küçəsinə tökülüb. O mənzillə də bizim mənzilin divarı bitişikdir. Bizim də evimizin divarı çatlayıb”.

 

Artıq aidiyyəti qurumlar tərəfindən uçqunun fəsadlarının aradan qaldırılması üçün işlərin görülməsinə başlanılıb.

 

Elvin Paşazadə,

Vətən Sadatlı,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv