Bakıda 19 yaşlı əsgər həbsxanada özünü güllələdi
Cəzaçəkmə müəssisəsində əsgər başından özünü güllələyib.
APA TV xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Polad Nağı oğlu Salmanov özünü güllələyib. O, alnından güllə yarası alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev isə deyib ki, Penitensiar Xidmətin əsgərinin özünü güllələyərək intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.