Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var
Nizami rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Belə ki, "Neolit" restoranının yaxınlığında "Kia" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Nəticə 3 nəfər - Nağıyev Çingiz İsgəndər oğlu, Həmzəyev Həmzə Vəkil oğlu və Bürcəliyev Tural Əkrəm oğlu xəsarət alıblar. Yaralılar 3 saylı şəhər xəstənasına yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.