Bakıda 2 avtomobil toqquşub – XƏSARƏT ALANLAR VAR
Bakının Nəsimi rayonunda taksi fəaliyyəti ilə məşğul olan 2 avtomobil qəza törədib.
APA Tv xəbər verir ki, hadisə Səməd Vurğun və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.
Vahid Tahirzadə idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Elçin Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
Nəticədə “Chevroletdə” müştəri qismində olan xanım və nəqliyyat vasitəsinin sürücüsü Vahid Tahirzadə xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.