Paytaxtda 2 avtomobil toqquşdu - YARALI VAR

Paytaxtda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, avtoqəza metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə zamanı "Tofaş" markalı minik avtomobili "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Tofaş" markalı avtomobildə olan sərnişin - 25 yaşlı Mehdiyev Asim Rasim oğlu qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv