Bakıda 20 yaşlı hamilə qadın qanaxmadan öldü
Bakıda gənc qadın müəmmalı şəkildə ölüb.
Bu barədə Lent.az məlumat yayıb.
Bildirilir ki, hadisə Binəqədi rayonunda ikinci Mədən Korpus 71-də baş verib. 5 aylıq hamilə olan 20 yaşlı Həsənova Nəzrin nasir qızı yaşadığı evdə qanaxmadan ölüb.
Meyit müayinə üçün rayon məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.