Bakıda 3 əcnəbi tələbə qız öldü - KİRAYƏ QALDIQLARI EV YANDI
Bakıda yanan evdə 3 əcnəbi tələbə qız ölüb.
APA TV-nin məlumatına görə, hadisə yanvarın 9-dan 10-a keçən gecə Bayıl qəsəbəsində qeydə alınıb.
Tələbə qızlardan ikisi 2-3 aydır burda kirayədə yaşayıb. Yanğın günü onlara Hindistandan bir rəfiqələri qonaq gəlib. Qonşular bildirir ki, yaranan qısa qapanma yarınıb alovlanma ilə nəticələnib və genişlənib. Otaqda əvvəlcə tüstülənmə, sonra yanğın başlayıb. Həmin vaxt qızlar yuxuda olub.
Hadisə yerinə Səbail Rayon Prokurorluğu və Fövqəlada Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq idarəsinin əməkdaşları cəlb edilib.
Həyatını itirən əcnəbi qızlar Qərb Universitetinin tələbələri - 23 yaşlı Tarukki Amaya, 25 yaşlı Tausi Jayavodi və onlara qonaq gələn 21 yaşlı Malişi Tayukidir.
Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Səbail Rayon Polis İdarəsinin əməkdaşları evin sahibi Kəmalə adlı xanımdan ilkin izahat alıb.
Həmin qadın bizim suallarımıza qapı arxasından cavab verib. Qonşulardan biri çəkilişə mane olmağa çalışıb. Hadisə yerinə ölən tələbələrin həmyerliləri gəlib. Onlar verilən sualları cavabsız qoyub. Ərazi Səbail Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparılır.