Bakıda 3 evdə yanğın olub

Bakının Nəsimi rayonunda, "Kubinka" kimi tanınan ərazidə yanğın baş verib.

APA TV-nin xəbərinə görə, hadisə Sübhi Salayev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən evdə qeydə alınıb.

İkimərtəbəli evin 1-ci mərtəbəsində yanğın başlayıb. Alov qısa zamanda yuxarı mərtəbəyə və mənzilə bitişik digər 2 evə də keçib.

Əraziyə dərhal FHN-in Nəsimi rayonu üzrə Yanğından Mühafizə Hissəsinin 5 texnikası və canlı qüvvəsi cəlb olunub.

Alov söndürülüb, yanğının əhatəsi lokallaşdırılıb. Hazırda soyutma işləri aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv