Bakıda 4 avtomobil qəzaya uğradı
Aeroport şossesində 5 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Belə ki, “Range Rover” markalı avtomobilin sürücüsü idarəetməni itirirərək maşınını “BMW” markalı nəqliyyat vasitəsinə çırpıb. Zərbənin təsirindən “Range Rover”-in sol arxa təkər sistemi qırılıb. Həmin vaxt “Toyota Prius” markalı avtomobilin sürücüsü qəzaya uğrayan şəxslərə kömək üçün maşınını orda saxlayıb. Yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı maşınının sürücüsü avtomobilini dayanan hər üç nəqliyyat vasitəsinə çırpıb. Zərərçəkən sürücülər bildirib ki, “Hyundai” ın sürücüsü yeniyetmə olub. Qəzaya səbəbdə sürücünün mobil telefonu avtomobilin salonunda axtarması olub. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəza zamanı xəsarət alan “Hyundai”-ın sürücüsü xəstəxanaya yerləşdirilib. Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır.