Bakıda 41 yaşlı kişi qətlə yetirildi
Aprelin 23-ü saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
Bu barədə APA-ya Nərimanov rayon prokurorluğundan bildirilib.
Qeyd edilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
“Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.