Bakıda zəncirvarı qəza - AVTOMOBİLLƏRƏ ZİYAN DƏYDİ
Bakıda zəncirvarı yol qəzası olub.
APA TV-nin məlumatına görə, hadisə Aeroport yolunda, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb. “Renault” markalı, avtomobil “Mercedes” markalı maşına çırpılıb. Zərbənin təsirindən “Mercedes” bir neçə maşına dəyib. Qəza nəticəsində ümumilikdə 5-6 avtomobil əzilib. Qəzaya səbəb olan "Renault" markalı maşın hadisə yerindən qaçıb.
Xəsarət alan yoxdur.