Bakıda 82 saylı məktəb sabahdan ənənəvi tədrisə keçəcək

Martın 4-də paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunur. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA TV-yə verilən məlumata görə, məktəb kontingenti üçün Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti martın 4-də başa çatır. 

 

Qeyd edək ki, 82 nömrəli tam orta məktəbdə 1 şagird və 2 müəllimin COVID-19 testi pozitiv çıxdığına görə tədris ocağı fevralın 19-da müvəqqəti olaraq distant təhsil formasına keçilmişdi. 

 

Müəllif | Apa.Tv
Apa.tv