Bakıda 85 min manatlıq qarət - PEŞƏKAR OĞRULAR TUTULDU
Paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinin anbarından oğurluq edilib.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, oğrular 85000 manat dəyərində domofon və siqnalizasiya avadanlığı aparıb.
Polis əməliyyatı ilə əvvəllər bir neçə dəfə məhkum olunmuş Bakı şəhər sakinləri - Pənahov Elçin Fariz oğlu və Ələkbərov Sakit Yusub oğlu saxlanılıb.
Saxlanılan zaman Elçin Pənahovun üzərindən 0,670 qram heroin çıxıb. Oğurlanmış əşyaların bir hissəsinin yeri müəyyən edilərək şirkətə qaytarılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən varsa, polisə müraciət edə bilər.