Bakıda adam oğurlayıb, qardaşından pul istədilər

Bakıda adam oğurlayan şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə mobil telefonuna mesaj yazıldığını bildirib.
 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub.

 

Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.
 

Faktla bağlı cinayət işi başlanılıb.
 

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv