Bakıda ağır qəza: 3 AVTOBUS TOQQUŞDU

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Hadisə yerində 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 32 yaşlı Rəvan Məmmədovun avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

 

Xilasedicilər avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv