Bakıda ağır tonnajlı yük avtomobili aşıb

Bakıda ağır tonnajlı yük avtomobili aşıb.

 

APA TV xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində, Xocasən yolunda qeydə alınıb.

 

Belə ki, üzü Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət edən ağır tonnajlı yük avtomobili aşıb. Nəticədə yolu hər iki istiqamətində uzun tıxac yaranıb.

 

Əraziyə polis əməkdaşları və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Hazırda yük maşınının ərazidən kənarlaşdırılması istiqamətində işlər görülür.

 

 

Müəllif | Apa.Tv
Apa.tv