Bakıda ailə faciəsi: Kürəkən qayınata və qayınanasını öldürməyə cəhd etdi - APA TV HADİSƏ YERİNDƏ

Bakıda kürəkən qayınata və qayınanasını yandıraraq öldürməyə cəhd edib.

APA TV-nin məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev həyat yoldaşının valideynlərinin yaşadığı evə gələrək onların mənzilini və özlərini yandırıb.

 

“Hadisə Seyidzadə küçəsi 11 ünvanında baş verib. Arxamda gördüyünüz binanın 5-ci mərtəbəsində yaşayan Mütəllim Babayev və Tahirə Babayevanın üzərinə kürəkəni benzin atıb. Hadisə nəticədə Tahirə Babayeva ayaq nahiyəsindən, Mütəllim Babayev isə ümumi bədən nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib”.


Qonşuların verdiyi məlumata görə, hadisə gecəyarısı baş verib. Rövşən Tağıyev mənzili yandırmağa cəhd edərkən qayınatası və qayınanası evdə tək olmayıb.

 

- Kişi idi, qadın idi və uşaqlar qalırdı. O uşaqlar kimin övladlarıdır? Nəvələri idi. İndi bu mənzildə kimsə qalırmı? Hal-hazırda bilmirik.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv