Bakıda avtobus SÜRÜCÜSÜ HƏBS EDİLDİ - SƏBƏB
Narkotik vasitənin təsir altında marşrut xətti üzrə avtobus idarə edən daha bir şəxs ifşa olunub.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, qurumun Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Məhərrəmov Nicat Məmməd oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.
Belə ki, “İSUZU” markalı avtobusun sürücüsü Nicat Məhərrəmov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Nicat Məhərrəmovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
NİCAT MƏHƏRRƏMOV – SAXLANILAN ŞƏXS
Onun barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Nicat Məhərrəmov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs edilib.