Bakıda avtomobil aşdı - SÜRÜCÜ ÖLDÜ

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

"Samand" markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı səkiyə çırpılıb. Zərbənin gücündən avtomobil aşıb. Qəza zamanı Sürücü hadisə yerində ölüb. Onun meyiti tanınmaz hala düşdüyündən şəxsiyətini müəyyənləşdirmək çətin olub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyitini çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Risdkli Xilasetmə xidmətinin xilasediciləri cəlb olunub.

Meyit məhkəmə tibbi ekspertiza şöbəsinə təhvil verilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, "samand" markalı avtomobil Baksol yolundan yüksək sürətlə çıxıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Ərazidə avtoekspertiza işləri aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv