Bakının mərkəzində maşın aşdı - YÜKSƏK SÜRƏTİN NƏTİCƏSİ
Bakının mərkəzində maşın aşıb.
APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektində baş verib.
Yüksək sürətlə idarə olunan “Mercedes” aşıb, daha sonra istinad divarına dəyib. Qəza nəticəsində 2 sərnişin ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.