Bakıda avtomobil dekorativ ağaclara çırpılıb
Bakının Yasamal rayonunda yol qəzası baş verib.
APA TV xəbər verir ki, hadisə Tiblisi prospektində qeydə alınıb.
Hələlik ad, soyadı bilinməyən sürücü idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Avtomobil idarəetmədən çıxaraq dekorativ ağaclara çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.