Bakıda avtomobil divara çırpıldı – 2 YARALI
Bakının Böyükşor şosesində, “Koroğlu” metro stansiyası istiqamətində Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, “Hyundai” markalı, 99 UM 411 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək divara çırpılıb. Nəticədə iki nəfər ağır xəsarətlər alıb.
Yaralılar Təcili Tibbi Yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəza səbəbindən ərazidə tıxac müşahidə olunub.