Bakıda avtomobil işıq dirəyinə çırpıldı – SÜRÜCÜ YARALANDI

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Binəqədi-Novxanı yolunda qeydə alınıb.

 

Hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv