Bakıda avtomobil oğurlayan şəxslər yaxalandı

Bakıda avtomobil oğurlayan şəxslər saxlanılıb.

APA TV-nin xəbərinə görə, Paytaxtın Xətai rayonunda ayrı-ayrı ünvanda yaşayan sakinlər polisə müraciət edərək onlara məxsus avtomobillərin qaçırıldığını bildiriblər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki avtomobillərə qənim kəsilən Amin Ramazanov, Bəxtiyar Cəlilov və Şahin Nəcəfov saxlanılıb. Onların üzərinə baxış keçirilərkən hər birindən heroin aşkarlanıb. Saxlanılan Amin Ramazanov əsasən Rusiya istehsalı olan maşınları qaçırdıqlarını bildirib.

Bəxtiyar Cəlilovun sözlərinə görə, onları bu işə Amin cəlb edib.

Xətai rayon polis idarəsində aparılan araşdırma zamanı saxlanılan şəxslərin paytaxtın nizami və sabunçu rayonlarında da avtomobil qaçırdıqları faktları üzə çıxıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir. 

 

Müəllif | Apa.Tv
Apa.tv