Bakıda avtomobil qaçıran şəxs yaxalandı
Bakıda avtomobil qaçıran şəxs tutulub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Binəqədi rayonunda yaşayan paytaxt sakini olan bir nəfər Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək ona məxsus “Tofaş” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanılıb. Onun qaçırdığı avtomobil polislər tərəfindən müəyyən edilərək sahibinə qaytarılıb.
Zaur Fətəliyev ifadəsində qeyd edilən nəqliyyat vasitəsini talamaq məqsədi ilə yox, idarə etmək üçün qaçırdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.