Bakıda avtomobil yandı – SÜRÜCÜ XƏSARƏT ALDI

 

Bakının Səbail rayonunda yanğın zamanı sürücü xəsarət alıb.

APA TV xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Eldar Həsənovun idarə etdiyi "Kia" markalı avtomobildə qəfil yanğın baş verib. O, dərhal özünü avtomobildən yerə atıb və nəticədə müxtəlif xəsarətlər alıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Avtomobildə baş verən yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv