Bakıda avtomobil yanıb
Yasamal rayonunda yanğın hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib.
Belə ki, hərəkətsiz vəziyyətdə olan 99-NV-914 dövlət nişanlı “Hyundai” markalı avtomobilin mühərrik hissəsi alovlanıb.
Avtomobilin xanım sürücüsü ətrafdakıları köməyə çağırıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun ətrafa keçməsinin qarşısı alınıb. Nəqliyyat vasitəsi isə yararsız hala düşüb.
Hadisənin səbəbi araşdırılır.