Bakıda avtomobil yerüstü piyada keçidinə çırpıldı, xəsarət alanlar var
Paytaxtın “8 noyabr” prospektində ağır yol qəza hadisəsi baş verib.
APA TV xəbər verir ki, hərəkətdə olan “mersedes” markalı 90-SN-683 dövlət nömrə nişanlı avtomobil idaretməni itirməsi nəticəsində yerüstü piyada keçidinə çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobilinin vasitəsi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.