Bakıda avtomobildən xeyli pul, daş-qaş və qızıl apardılar - POLİS ƏMƏLİYYATI

APA TV-nin məlumatına görə, paytaxt sakini Elşən Rəhimov oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək “İnfiniti” markalı avtomobilindən 14000 manat dəyərində 65 karat brilyant qaşların, 11200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10000 ABŞ dolları, 3000 Avro və 1500 manatının oğurlandığını bildirib. Əraziyə cəlb olunan polis və ekspert-kriminalistlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

 

Zərərçəkən şəxsə ümumilikdə 69458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürüfət saxlanılaraq istintaqa təqdim ediliblər. Oğurluq pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Qeyd edək ki, Rüfət Şahbazov və Mürüfət Şahbazov məhkəmənin qərarı ilə həbs edilib. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv