Bakıda avtomobillər niyə anidən alışıb yanır?

 

Son vaxtlar avtomobillərin qəfil alışması halları artıb. Bu hal həmin nəqliyyat vasitəsindən başqa, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradır. Maraqlıdır, avtomoillərin anidən yanmasının səbəbi nədir? Avtomobil ustası Qurban Teymurov nəqliyyat vasitələrinin yolda olarkən alışmasının bir neçə səbəbi olduğunu deyir. Onun sözlərinə görə, avtomobilin qəfildən yanmasının bir çox səbəbi var: Bəs avtomobilimiz qəfildən alışıb yanarsa, nə etməliyik? Usta Teymur Qurbanov belə hadisələr baş verdikdə faciənin qarşısının alınması üçün avtomobillərdə yanğınsöndürənlərin olmasını tövsiyə edir. Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli avtomobillərdə alov söndürənin olmamasının meydana gələn yanğının ağır fəsadlarla nəticələndiyini bildirir. Toğrul Nəsirli onu da bildirib ki, bütün bunlarla yanaşı, sürücülər təhlükəsizliyi qorumaq üçün avtomobilin texniki sazlığına mütəmadi nəzarət etməlidirlər.

Müəllif | Apa.Tv
Apa.tv