Bakıda avtosalon yanıb, xəsarət alan var
Bakıda avtosalon yanıb.
Hadisə Mikayıl Əliyev küçəsində avtomobil satılan obyektdə qeydə alınıb.
Yanğın salonun servis mərkəzindən başlayıb. Qısa müddətdə alov satışda olan avtomobillərin düzüldüyü salona keçib. Nəticədə "Mercedes" markalı minik avtomobili yanıb.
Salonun mühafizəçisi - 65 yaşlı Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənmə diaqnozu ilə xəstaxanaya yerləşdirilib.
Yanğının başvermə səbəbi araşdırılır.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu ram edib, digər avtomobillər yanğından mühafizə olunub.