İki “07” Bakının mərkəzində yol kəsdi - REYDLƏ TUTULDULAR

Bakının mərkəzində avtoqəza baş verib.

APA TV-nin məlumatına görə, “Azneft” dairəsində qaydaları kobud şəkildə pozan sürücü sükanı arxasında olduğu “VAZ 2107” markalı avtomobili  “Opel” markalı nəqliyyat vasitəsinə çırpıb.

“102” zəng mərkəzinə müraciət edən “Opel”in sürücüsü Vahid Ələkbərov hərəkətdə olduğu zaman “VAZ 2107” markalı 2 maşının onun qarşısını kəsdiyini deyib.

Yol polisinin keçirdiyi reydlə sözü gedən avtoxuliqanlar saxlanılıb. “Opel”ə çırpılan nəqliyyat vasitəsinin sürücüsü Nuru adlı şəxsdir.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv