Bakıda bağçaya qəbul sistemi niyə qəfildən sıfırlandı?

 

Cari ilin avqust ayının ilk ongünlüyündə bağçalara onlayn qeydiyyat valideynlərə xəbərdarlıq edilmədən sıfırlandı. Bununla da uzun müddətdir ki, növbə gözləyən və övladını bağçaya qoymaq üçün günləri sayan valideyinlərin arzuları ürəklərində qaldı. Baxmayaraq ki, qeydiyyatın elektronlaşdırılması onların “rüşvətsiz və problemsiz bağça” düşüncələrini birə-min artırmışdı. Məsələ ilə bağlı Elm və Təhsil Nazirlyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda ölkə üzrə bağçalarda 20438 boş yer var. Mütəmadi olaraq sistemdə yenilənmə olur, növbəlilik prinsipi ilə boş yerlər üzrə qəbul aparılır. Hə, tək sevindirici məqam bax bu ola bilər bəlkə də. Oda ki, nə vaxt olacağı bəlli deyil. Ekspertlər düşünür ki, ölkədəki dövlət bağçalarındakı sıxlığı aradan qaldırmaq üçün özəl bağçalara müfaviq qurumlar tərəfindən dəstək göstərilməlidir Ümumiyətlə belə çıxır ki, dövlət baxçalarında yaş qrupları üzrə olan yerlər dolubsa, işləyən valideynlər də öz istəkləri ilə işdən azad olunmalıdır? Hörmətli nazir olmazdı ki, 50- 60 yaş arası illərin müəllimlərini sertifikasiya imtahanına cəlb etməklə sındırmağa həsr etdiyiniz vaxtın çoz yox bir azını da bağçalara qəbul zamanı yaşanan çətinliklərin aradan qaldırılmasına həsr edəsiniz? Olmaya təhsildə "mükəmməl çevriliş" etmək arzusunu üzünə- gözünə bulaşdıran, mənasız qanunları ilə düşünən beyinlərin ölkədən qaçmasına şərait yaradan nazirliyimizin özəl bağçalarla faiz müqaviləsi var?

Müəllif | Apa.Tv
Apa.tv