Bakıda bahalı velosiped OĞURLANDI

Bakıda bahalı velosiped oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə evlərdən birinin girişindən 8500 manat dəyərində velosipedin oğurlanması barədə müraciət daxil olub.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Etiqad Əşrəfov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxtın Səbail rayonu ərazisində bir velosiped dayanacağından və 2 evin girişindən dəyəri 2 min manatdan artıq olan daha 3 velosipedi oğurladığı müəyyən olunub.

 

Araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv