Bakıda bazarda gizli fəaliyyət göstərən kafe aşkarlandı - 7 QADIN SAXLANILIB
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 7-si qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.
Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib.