Bakıda beş avtomobil qəzaya uğrayıb – XƏSARƏT ALAN VAR

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA Tv  xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobili əvvəlcə "Toyota", daha sonra "Nissan", "Daewoo" və "Kia" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan sərnişin xəsarət alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv