Bakıda beton pompalayan maşın aşıb
Bakının Xətai rayonunda beton pompalayan maşın aşıb.
APA Tv-nin xəbərinə görə, hadisə Gəncə prospektində qeydə alınıb.
Prospektdə bina tikintisi zamanı təhlükəsizlik qaydalarına riayət olunmadığı üçün avtomaşının dayaqları boşluğa düşüb və tikinti sahəsinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb.