Bakıda binada partlayış olub, xəsarət alan var

Bakıda binada partlayış olub, xəsarət alan var

 

Bakının Nəsimi rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsində partlayışla müşahidə edilən yanğın hadisəsi qeydə alınıb.

 

APA xəbər verir ki, hadisə 20 yanvar küçəsi 18 ünvanında yerləşən binada baş verib.

Belə ki, binanın birinci mərtəbəsində 1978-ci il təvəllüdlü Yahyayeva Nuravan Yahya qızının tək kirayə yaşadığı mənzildə qəfil partlayış baş verib. Partlayış nəticəsində mənzilin pəncərə çərçivələri yerindən çıxıb. Evdə olan əşyalar yanmağa başlayıb. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər N.Yahyaevanı evdən çıxaraq təcili yardım briqadasına təhvil verib. N.Yahyayeva ağır dərəcəli yanıq xəsarətləri ilə 5 saylı Yanıq Mərkəzinə yerləşdirilib. Hadisə zamanı həyətyanı sahədə olan Samir Məmmədova məxsus “Toyota” və Nasir Əliyevin sahibi olduğu “Volkswagen” markalı avtomobillərədə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatları araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv