Bakıda binada yanğın – 50 nəfər təxliyə olundu – APA TV

Bakının Nərimanov rayonunda Sabit Rəhman küçəsi 82 ünvanında yerləşən 16 mərtəbəli binanın şaxtasında tüstülənmə baş verib. Dərhal əraziyə FHN-nin DYMX-nin canlıq briqadası və texnikası cəlb edilib. Biinan A blokuna elektrik və qaz verilişi dayandırılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tüstüdən zəhərlənən 15 nəfər sakini binadan çıxaraq təcili yardım briqadasına təhvil verib.

Hadisə nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 1 nəfərə isə yerində tibbi yardım göstərilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alov ram edilib.

NURLAN RAFİQOĞLU

Müəllif | Apa.Tv
Apa.tv