Park edilmiş “Mercedes” yandı - BAKIDA

Bakıda minik avtomobili yanıb.

APA TV-nin məlumatına görə, hadisə İsmayıl Hidayətzadə küçəsində baş verib.

 

“Mercedes” markalı avtomobilin mühərrik hissəsi qəfil alışıb. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb. Alov yaxınlıqdakı obyektin giriş qapısına keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 texnikası və canlı qüvvəsi cəlb edilib.


Alovun digər avtomobil və obyektə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv