Bakıda bir gündə iki nəfər öldü - DƏM QAZINDAN

Bakıda bir gündə iki nəfər dəm qazından boğularaq ölüb.

APA TV-nin məlumatına görə, faktlardan biri paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Ramana qəsəbə sakini, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yusif oğlu yaşadığı evin hamamında dəm qazından boğulub.

Keşlə qəsəbəsində isə 25 yaşlı qız həyatını itirib.

1994-cü il təvəllüdlü Talıbova Fatimə Natiq qızı da yaşadığı evin vanna otağında eyni səbəbdən ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv