Bakıda bir həbsxanada 7 MƏHKUM ÖLDÜ

Bakıda həbsxanada daha 7 məhkum ölüb.

 

APA TV-nin Lent.az-a istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

 

Müxtəlif cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuşlar – Vüqar Babayev, Elnur Qəribov, Amaxan Nəcərov, Elçin İsmayılov, Etibar Əliyev, Rauf Namazov və Xəzər Əsədullayev dünyasını dəyişiblər.

 

Onların xəstəlikdən öldükləri bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv