Bakıda birmərtəbəli tikilidə YANĞIN BAŞ VERİB

Bakının Nəsimi rayonunda "Qış parkı" yaxınlığında yanğın baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə birmərtəbəli tikilidə qeydə alınıb.

 

Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olan kimi əraziyə nazirliyin yanğınsöndürənləri cəlb edilib.

 

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində alov söndürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv